Millimizin baş məşqçisi: "Məğlub ola bilərdik, bəxtimiz gətirdi"

10 Mart 2021 00:42 Futzal 1 209
Millimizin baş məşqçisi: "Məğlub ola bilərdik, bəxtimiz gətirdi"

"Oyunumuz alınmadı, bu da matça tam köklənə bilməməyimizlə bağlıdır.

Görüş bizim üçün çox çətin oldu".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva səfərdə Moldova yığmasını 5:3 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis komandasının çoxlu səhvə yol verdiyini bildirib: "Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. Çoxlu səhvə yol verdik.

Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq.

Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik".

Alesionun sözlərinə görə, Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir: "Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik.

Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq".

Xəbər Lenti