"Sanki meydana 1 xal qazanmaq üçün çıxmışdılar"

6 Mart 21:00 Futzal 361
"Sanki meydana 1 xal qazanmaq üçün çıxmışdılar"

“Moldova haqda məlumatımız çox idi. Onlarla dəfələrlə qarşılaşmışıq və oyun üslublarına bələd idik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.

Qrup mərhələsi çərçivəsində keçirdiyi üçüncü oyunda Moldovanı qəbul edən yığmamız 5:1 hesablı qələbə ilə liderliyini möhkəmlədib.

Təbii ki, bu qələbənin əldə olunmasında hücumçularımızın vurduğu qollarla bərabər, qapıçımızın da inamlı oyunu mühüm rol oynayıb. Hüseynli qələbəyə aparan yoldan danışan zaman bunları deyib:

“Bir-iki dəyişikliyi istisna etsək, demək olar ki, heyətləri də dəyişilməzdir. Baş məşqçimiz Slovakiya ilə oyunlarını analiz etmişdi, tapşırıqlarını vermişdi. Bir sözlə, hesab rəqibi necə incələdiyimizi göstərdi”.

Qolkiper Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında rəqibin qapıçını meydan oyunçusu ilə əvəzləməsinə rəğmən hesabı dəyişə bilməməsinə də toxunub:

“Moldova təxminən 5 dəqiqə meydanda üstünlük qazanmağa çalışdı. Onlar qapıçını meydan oyunçusu ilə əvəzləsələr də, cəmi bir dəfə qol vurmağa yaxın oldular. Bu da baş məşqçimizin rəqibi nə qədər yaxşı təhlil etdiyini göstərir”.

Hüseynli baş məşqçinin əsas tapşırığının erkən qol vurmaq olduğunu bildirib: “Alesio dedi ki, qol epizodlarından düzgün istifadə etməli və hesabı erkən açmalıyıq.

Çünki Moldova futzalçıları müdafiəyə çox diqqət ayırırdı, sanki meydana 1 xal qazanmaq üçün çıxmışdı.

Top onlarda olanda hücuma qoşulmaqdan çox, vaxtı udmağa çalışırdılar. Vurduğumuz qoldan sonra rəqib müdafiədən çıxmağa başladı. Ondan sonra biz oyuna tam diktə edən tərəf olduq və 3 xal qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi