"İndi daha yaxşıyıq"

24 Fevral 2021 12:40 Futzal 568
"İndi daha yaxşıyıq"

“Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır“.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin komandasının baş məşqçisi Joze Alesio Da Silva deyib.

O, Moldova ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunlarına hazırlıq barədə fikirlərini qurumun rəsmi saytına açıqlayıb:

“Bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur. Müqayisə üçün deyim ki, əgər Slovakiya ilə matça biz cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi ən azı iki rəsmi oyun da var aktivimizdə.

Yəni yanvardakı məşqlər və sonra iki oyun keçirməyimiz komanda olaraq boşluqları görməyimizə və aradan qaldırmağımıza imkan verdi. Təbii ki, qarşıdakı günlərdə də axsadığımız məqamlar üzərində işləyəcəyik”.

Xəbər Lenti