"Azərbaycan bizim üçün ən ciddi rəqibdir - bizdə hər şey alınacaq"

27 Yanvar 2021 16:20 Futzal 919
"Azərbaycan bizim üçün ən ciddi rəqibdir - bizdə hər şey alınacaq"

"Final mərhələsinə yollanmaq üçün əla şansımız var. Hazırda hamı bunu xəyal edir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin futzalçısı Marko Qudaçek yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

25 yaşlı oyunçu Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektivin qrupdakı ən ciddi rəqib olduğunu bildirib:

"Baş məşqçi bizi bu komanda üçün hərtərəfli hazırlamaq istəyir. Artıq rəqibi analiz etmişik, inanıram ki, bizdə hər şey alınacaq. Qələbə istənilən uğurun təməlidir.

Koronavirusa yoluxmuş futzalçılarımız vaxtında sağalsa və gənclər adaptasiya mərhələsini tez keçsələr, final mərhələsinə vəsiqə qazana bilərik. Çünki biz güclü komandayıq".

Yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.

Xəbər Lenti