Yığmamızın kapitanı onları başqalarından fərqləndirdi

24 Yanvar 2021 11:20 Futzal 1 219
Yığmamızın kapitanı onları başqalarından fərqləndirdi

Bilindiyi kimi, futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla qarşılaşacaq.

Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.

Sportinfo.az xəbər verir ki, üçüncü qrupda yer alan millimizin rəqiblərinə yaxından bələd olduqlarını deyən kapitan Rizvan Fərzəliyev Slovakiyanı fərqləndirib:

“Hər 3 komandanın gücünə bələdik. Xüsusilə də Slovakiya ilə son illərdə daha çox qarşılaşmışıq. Qrup mərhələsinə onlarla duellə start verəcəyik.

Bakıdakı oyunda qələbə qazanmalıyıq ki, özünəinam artsın, həm də əsas rəqibimizi qabaqlaya bilək, eyni zamanda, Yunanıstan səfərinə yüksək əhvla-ruhiyyədə yollanaq.

Doğma meydan amili də bizə üstünlük qazandıracaq. Matçın azarkeşsiz keçirilməsi təəssüf dogurur. Ancaq pandemiya ilə əlaqədar verilmiş qərara hörmətlə yanaşmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA