“Neftçi”li ilk dəfə Azərbaycan yığmasına dəvət olundu

23 Yanvar 2021 19:20 Futzal 795
“Neftçi”li ilk dəfə Azərbaycan yığmasına dəvət olundu

Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, qapıçı Cavad Məmmədov ilk dəfə əsas yığmanın düşərgəsinə qovuşub.

20 yaşlı qolkiper “Neftçi” İK-nın üzvüdür.

Yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 18:00-da başlayacaq.

Xəbər Lenti