Millimizin sabiq baş məşqçisi Qazaxıstan klubuna təyin olundu

20 Yanvar 2021 23:40 Futzal 792
Millimizin sabiq baş məşqçisi Qazaxıstan klubuna təyin olundu

Biro Jade kimi tanınan, braziliyalı məşqçi, futzal millimizin sabiq oyunçusu və çalışdırıcısı Nilson Maşado dos Santos Qazaxıstanın “Atırau” klubunda işləyəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan pasportuna malik braziliyalı “Atırau”ya baş məşqçi təyin olunub.

Biro Jade 2010-cu ildə keçirilmiş Avropa çempionatında ən yaxşı bombardir olub. Oyunçu karyerası ərzində Moskva və Şyolkovo “Spartak”ında, “Araz”da və Ukraynanın “Uraqan” klublarında oynayıb.

O, “Araz”la iki dəfə Azərbaycan, “Uraqan”la bir dəfə Ukrayna çempionu olub.

2012-ci ildən məşqçilik karyerasına başlayan Biro Jade əvvəlcə Azərbaycanın ikinci millisini çalışdırıb. Daha sonra fiziki hazırlıq üzrə əsas komandanın məşqçilər heyətinə daxil olub.

2017-ci ildə Azərbaycan millisi ilə bərabər “Araz”ı çalışdırıb. Onun son klubu artıq mövcudluğunu itirmiş Qazaxıstanın “Jetısu” klubu olub.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"