AFFA-nın icraçı vitse-prezidenti Vətən müharibəsinin iştirakçısı ilə - FOTO

19 Yanvar 2021 19:00 Futzal 741
AFFA-nın icraçı vitse-prezidenti Vətən müharibəsinin iştirakçısı ilə - FOTO

Ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.

M.Məmmədov müharibəyə zabit kimi qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda