Millimiz İranla oynamaqdan imtina etdi

16 Yanvar 2021 22:40 Futzal 1 162
Millimiz İranla oynamaqdan imtina etdi

"İran Futzal Federasiyası yoxlama oyunları keçirmək üçün bizə müraciət edib".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov deyib.

Onun sözlərinə görə, sınaq matçlarının günləri rəsmi görüşlərlə üst-üstə düşdüyündən, qarşılaşma baş tutmayacaq: "Onlara əvvəlcədən də deyilmişdi ki, bizim yanvarın 29-da və fevralın 2-də oyunlarımız var.

İran Futzal Federasiyası vaxtı geri və ya irəli çəksəydi, nəsə düşünmək olardı. İndiki halda isə mümkün deyil. Artıq qarşı tərəfə cavab verilib. İranla yoxlama matçları keçirməkdən imtina etmişik".

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya, fevralın 2-də isə Afinadakı "Daiss Sports Hall"da Yunanıstanla qarşılaşacaq.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"