Millimizin AÇ oyunlarının vaxtı və məkanı bəlli oldu

14 Yanvar 2021 17:00 Futzal 549
Millimizin AÇ oyunlarının vaxtı və məkanı bəlli oldu

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və məkanı müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma ilk matçını yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya seçməsinə qarşı keçirəcək.

Qarşılaşma saat 18:00-da başlayacaq.

Komanda fevralın 2-də Yunanıstanın qonağı olacaq. Paytaxt Afinada “Daiss Sports Hall”dakı oyun saat 20:00-da start götürəcək.

Xəbər Lenti