Məvacibin azaldılmasına razılaşmırlar - PSJ-nin ulduzları

29 Aprel 2020 13:40 Fransa 531
Məvacibin azaldılmasına razılaşmırlar - PSJ-nin ulduzları

PSJ rəhbərliyi futbolçularla razılıq əldə edə bilmir.

Sportinfo.az xəbər verir ki, Paris nəhəngi koronavirusa görə yaranan durumu nəzərə alıb məvaciblərin azaldılması haqda düşünür.

Bununla bağlı futboloçularla danışıqlar aparılıb. Amma futbolçular məvacibin azaldılmasına razılıq verməyiblər. Rəhbərliklə futbolçular adından danışığı Tyaqo Silva ilə Markinos aparır.

İlkin hesablamalara görə, PSJ pandemiya dövründə 240 milyon avro zərər edəcək. Bir müddət əvvəl isə məlumat yayılıb ki, Fransa çempionatı davam etdirilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti