Türk ulduz onlara müraciət etdi – Əyləncəli olacaq

5 İyul 2021 18:20 Fransa 1 465
Türk ulduz onlara müraciət etdi – Əyləncəli olacaq

Xəbər verdiyimiz kimi, Roma"nın yarımmüdafiəçisi Cengiz Ündər karyerasını Fransada davam etdirəcək.

Türkiyə millisinin üzvü 500 min avro qarşılığında icarə əsasında "Marsel"ə keçib.

Sportinfo.az xəbər verir ki, Cengiz “Marsel”in azarkeşlərinə müraciət edib: “Fransanın ən gözəl şəhərini salamlayıram. “Marsel”in azarkeşlərini salamlayıram. Bizim üçün çox əyləncəli olacaq”.

Liqa 1 təmsilçisi 23 yaşlı vingerlə 1 illik müqavilə imzalayıb. Futbolçunun müqaviləsində 8,4 milyon avroluq məcburi satınalma şərti var.

Növbəti satışdan isə "Roma"ya 20 faiz pay düşəcək. Cengiz ötən mövsüm "Lester Siti"də icarədə olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM