Getmir, 40 yaşına qədər oynamaq istəyir

5 İyul 2021 15:20 Fransa 596
Getmir, 40 yaşına qədər oynamaq istəyir

“Fiorentina”dan ayrılan Frank Riberi karyerasını bitirmək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, hazırda azad agent statusunda olan Riberi təkliflər gözləyir.

Məlumata görə, 38 yaşlı futbolçu hələ 2 mövsüm də oynamaq niyyətindədir.

Riberi hazırda Münxendə ailəsi ilə birgə istirahət edir. Mart ayında məlumat yayılmışdı ki, bir neçə Bundesliqa klubu onun xidmətində maraqlıdır.

Ən son xəbərlər görə, “Latsio” da Riberiyə maraq göstərir. Frank “Fiorentina”ya 2019-cu ildə keçmişdi. Buna qədər isə 12 il “Bavariya”nın şərəfini qorumuşdu.

Digər Xəbərlər
Xəbər Lenti