Neymar yazdı: "Məni finaldan məhrum etdiyiniz üçün təşəkkür edirəm"

14 May 2021 00:14 Fransa 1 168
Neymar yazdı: "Məni finaldan məhrum etdiyiniz üçün təşəkkür edirəm"

PSJ-nin futbolçusu Neymar Fransa kubokunun yarımfinalında "Monpelye" ilə matçda (əsas vaxt - 2:2, penaltilər seriyası - 6:5) hakimlərin işindən narazı qalıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu 85-ci dəqiqədə meydana daxil olub və bir neçə dəqiqə sonra turnirin finalını buraxacağına səbəb ola biləcək xəbərdarlıq alıb.

Bununla bağlı Neymar "İnstaqram" səhifəsində yazıb: “Beş dəqiqə oynadım, qayda pozuntusu etdim və dərhal sarı vərəqə gördüm Məni finaldan məhrum etdiyiniz üçün təşəkkür edirəm".

29 yaşlı oyunçunun şərti diskvalifikasiyası var və bu xəbərdarlıq onu Fransa kubokunun finalında iştirak etmək şansından məhrum edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti