Xərəkdaşıyanlara görə cərimələndi - Qəsəbə komandası

14 Dekabr 2023 02:50 Əvəzedicilər 963
Xərəkdaşıyanlara görə cərimələndi - Qəsəbə komandası

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilən toplantıda Əvəzedicilər liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununun 82-ci dəqiqəsində birincilərin futbolçusu Ramin Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb.

“Zirə-2” 50 manat cərimə edilir (maddə 36.5).

09.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVI turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zirə-2” komandası 80 manat cərimə edilir (maddə 74.1).

Xəbər Lenti