Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında çempion “Qarabağ”a kubok və qızıl medallar, “Qəbələ”yə gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim olunub. Sportinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının “Neftçi”- “Qarabağ” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan mərasimdə əvəzedicilər medallarına qovuşublar. Mükafatlandırma mərasimindən hazırlanmış videoreportajı təqdim edirik. -

