“Neftçi”nin gəncləri böyük hesabla uduzdu, “Sumqayıt” darmadağın etdi

30 Yanvar 02:40 Əvəzedicilər 905
“Neftçi”nin gəncləri böyük hesabla uduzdu, “Sumqayıt” darmadağın etdi

Əvəzedicilər Liqasında 20-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

“Sumqayıt-2” evdə “Araz-Naxçıvan-2”yə 6:0 hesabı ilə qalib gəlib.

Turun son matçında “Qəbələ-2” “Neftçi-2”nin qonağı olub.

Çempionatın liderlərinin iştirakı ilə baş tutan mərkəzi qarşılaşma məhsuldar alınıb. “Qırmızı-qaralar” səfərdə 4:1 hesablı qələbə qazanıb.

İlk 45 dəqiqədə Sənan Ağalarov, Emil Süleymanov və Emil Süleymanovun vurduğu qollar komandamıza böyük üstünlük qazandırıb.

Matçın sonlarında Xəyyam Məmmədli fərqi 4 topa çatdırıb. Bakı təmsilçisi bu toplardan birinin əvəzini çıxa bilib.

Beləliklə, Famil Xəlilovun baş məşqçisi olduğu komanda liderə 4:1 hesabı ilə qalib gəlib. 20 oyundan sonra hesabında 45 xal olan "Qəbələ-2” turnir cədvəlində ikincidir.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:6
Qollar:
Qabil Əlizadə, 36, 45, Tural Axverdiyev, 55, Əjdər Hacılı, 70, Nadir Orucov, 84, Rüstəm Hümbətov, 88
Binə qəsəbə stadionu

“Neftçi-2” – “Qəbələ-2” 1:4
Qollar:
Turan Vəlizadə, 79-pen - Sənan Ağalarov, 21. Emil Süleymanov, 27, 41, Xəyyam Məmmədli, 77
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança)

N Klublar O Q H M T-F X
1 Neftçi-2 20 16 1 3 61-18 49
2 Qəbələ-2 20 14 3 3 54-23 45
3 Sabah-2 20 13 1 6 44-29 40
4 Qarabağ-2 20 9 3 8 33-26 30
5 Zirə-2 20 8 5 7 29-29 29
6 Sumqayıt-2 20 8 1 11 38-45 25
7 Səbail-2 20 6 3 11 27-38 21
8 Araz-Naxçıvan-2 20 6 1 13 20-47 19
9 Kəpəz-2 20 5 3 12 15-37 18
10 Turan Tovuz-2 20 4 1 15 25-54 13

Bombardirlər:

Sənan Ağalarov ("Qəbələ-2") - 15 qol
Ağadadaş Salyanskiy ("Neftçi-2") - 14 qol
Uğur Cahangirov ("Sumqayıt-2") - 14 qol
Bahadur Quliyev ("Neftçi-2") - 9 qol
Xəyal Əliyev ("Sabah-2") - 8 qol
Eşqin Əhmədov ("Qəbələ-2) - 7 qol

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!