"Kəpəz" evdə "Qəbələ"ni üzdü

15 Aprel 2017 17:48 Əvəzedicilər 604
"Kəpəz" evdə "Qəbələ"ni üzdü

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXVI tura bu gün yekun vurulub. Sportinfo.az xəbər verir ki, lider "Qəbələ" 6-cı pillədə olan "Kəpəz"ə gözlənilmədən məğlub olub. Ancaq onun ən yaxın izləyicisi olan "Qarabağ" bundan maksimum istifadə edə bilməyib. Nəticədə ağdamlılar xal fərqini 1-ə azaltsa da, "qırmızı-qaralar" lider olaraq qalır.

“Kəpəz” - “Qəbələ” 1:0
Fərid Məmmədov, 18

“İnter” - “Qarabağ” 0:0

N Klublar O Q H M T-F X
1 Qəbələ 26 16 3 7 51-28 51
2 Qarabağ 26 14 8 4 47-25 50
3 Neftçi 26 14 5 7 52-26 47
4 İnter 26 10 7 9 20-19 37
5 Zirə 26 8 8 10 29-30 32
6 Kəpəz 26 8 7 11 27-37 31
7 Sumqayıt 26 8 3 15 40-56 27
8 AZAL 26 4 3 19 27-72 15

Şahin Əliyev ("Qarabağ") - 13 qol
Ramil Hasanov ("Qəbələ") - 11 qol

Renat Aşurov (AZAL) - 11 qol
Vüqar Nadirov ("Qarabağ") - 8 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti