"Neftçi"dən "Sabah"a 4 qol

30 Yanvar 2020 16:31 Əvəzedicilər 1 021
"Neftçi"dən "Sabah"a 4 qol

"Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, əvəzedicilər "Sabah-2”yə 4:1 hesabı ilə qalib gəlib.

Binə qəsəbə stadionunda baş tutmuş görüşdə "ağ-qaralar"ın qollarını Asim Əlizadə, Elnur Süleymanov, Muxtar Əliyev və Ülvi İbrahimov vurublar.

Qeyd edək ki, "Neftçi-2” bundan əvvəlki sınaq matçlarında "Qaradağ Lökbatan” (3:2), MOİK (4:0) və "Qarabağ-2” (1:1) ilə qarşılaşmışdı.

Xəbər Lenti