"Sumqayıt"lı gənclər "Qarabağ"a 4 qol vurdu

30 Yanvar 2020 14:50 Əvəzedicilər 979
"Sumqayıt"lı gənclər "Qarabağ"a 4 qol vurdu

I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ-2”ni qəbul edib.

"Gənclər şəhəri"nin gəncləri rəqibinə 4:3 hesabı ilə qalib gəlib. “Sumqayıt”ın əvəzediciləri bununla da təlim-məşq toplanışını başa vurub. Komanda 6 fevral, saat 14:00-da I Divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Yoxlama oyunu
“Sumqayıt-2” - “Qarabağ-2” 4:3
Qollar: Fuad Bayramov, Nurlan Quliyev, Cavidan Abbaszadə, Tahir Zeynalov.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"