"Neftçi" Samir Əliyevin ad gününə 7 hədiyyə etdi

14 Aprel 2017 16:48 Əvəzedicilər 884
"Neftçi" Samir Əliyevin ad gününə 7 hədiyyə etdi

Əvəzedici heyətlərin çempionatında 26-cı tura start verilib. “Sumqayıt” - “Zirə” matçında isə hesab açılmayıb. Sportinfo.az xəbər verir ki, “Neftçi” AZAL-ı darmadağın edib - 7:0. Bu qələbə sayəsində “Neftçi” çempionatın mükafatlarından birini təmin edib.

Samir Əliyevin çalışdırdığı bakılılar “Qarabağ” və “Qəbələ”nin ardından ilk “üçlük”də yerini rəsmiləşdirib. Bununla da futbolular gənc çalışdırıcılarına ən yaxşı ad günü hədiyyəsi ediblər. Axı bu gün Samir Əliyevin 38 yaşı tamam olur.

"Neftçi" - AZAL 7:0
Qollar: Kənan Mirzəliyev, 15. Oruc İsmayılov, 19. Ruzigar İbrahimzadə, 36; 59. Bahadur Həziyev, 50; 74. Ərziman Rizvanov, 78.

"Sumqayıt" - "Zirə" 0:0

1 Qəbələ 25 16 3 6 51-27 51
2 Qarabağ 25 14 7 4 47-25 49
3 Neftçi 26 14 5 7 52-26 47
4 İnter 25 10 6 9 20-19 36
5 Zirə 26 8 8 10 29-30 32
6 Kəpəz 25 7 7 11 26-37 28
7 Sumqayıt 26 8 3 15 40-56 27
8 AZAL 26 4 3 19 27-72 15

Bombardirlər: Şahin Əliyev ("Qarabağ") - 13 qol, Ramil Hasanov ("Qəbələ") - 11 qol, Renat Aşurov (AZAL) - 11 qol, Vüqar Nadirov ("Qarabağ") - 8 qol.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti