1 manatlıq Azərbaycan çempionluğu - FOTO

31 Dekabr 2019 10:15 Əvəzedicilər 1 512
1 manatlıq Azərbaycan çempionluğu - FOTO

Azərbaycan çempionatının əvəzedici komandaları arasında keçirilən yarışın bürünc medalı satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, adı açıqlanmayan futbolçu bürünc medalını auksion vasitəsiylə satmaq niyyətindədi. Bu barədə elan sosial şəbəkələrdəki auksion səhifələrindən birində yer alıb.

Start qiyməti 1 manatdır. Hələlik medala maraq böyük deyil və artım cəmi 6 manata qədər çatıb.

Medal 2010/2011-ci il mövsümünə aiddir. Elanda qeyd olunur ki, medal bürünc materialdan hazırlanıb. İstehsalçı "ARTHUS -BERTRAND DEPİUS 1803 PARİS”dir.

2010/2011-ci il mövsümündə əvəzedicilərin yarışında bürünc medalları "Qəbələ” qazanıb. Çempion "Bakı" olub, 2-ci yeri isə "Turan"ın gəncləri tutub.

Elanda medalın birinci dəstəyə aid olduğu yazılır. Amma medalın üzərində onun əvəzedici komandaların yarışına aid olduğu qeyd edilib.

Xəbər Lenti