Elnurun yeni klubu müəyyənləşdi: əvəzedicilərdə çıxış edəcək

28 İyul 2019 18:36 Əvəzedicilər 984
Elnurun yeni klubu müəyyənləşdi: əvəzedicilərdə çıxış edəcək

İlin əvvəlində "Keşlə"dən ayrılan Elnur Cəfərov "Sumqayıt"a keçib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı vinger əvəzedici komandanın heyətində çıxış edəcək.

Azərbaycanın U-21 millisinin sabiq üzvü "Səbail-2" və "Neftçi-2" komandaları ilə yoxlama görüşündə meydana çıxıb. Cəfərov hər oyunda bir qol vurub.

"Sumqayıt-2" "Səbail-2" ilə 3:3 hesablı heç-heçə edib, "Neftçi-2"yə uduzub - 2:3.

Elnur özünü yaxşı göstərsə, əsas komandada da oyunlara çıxa biləcək.

"Xəzər Lənkəran"ın yetirməsi "Tondela" (Portuqaliya), "Duqopolye" (Xorvatiya), "Neftçi" və "Keşlə" klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!