"Zirə" daha maaş vermir

18 İyul 2019 19:00 Əvəzedicilər 1 117
"Zirə" daha maaş vermir

«Zirə» yay transfer bazarının ən fəallarındandı.

Samir Abasov "xüsusi reys" açıb: demək olar dünyanın hər yerindən Azərbaycana legioner gətirir.

Bəllidi ki, o, bunu niyə edir. Komanda ötən mövsümü bədbin notlarla başa vurub, avrokuboklara vəsiqə qazanmayıb.

Bu, artıq «qartallar» üçün prestij məsələsinə dönüb: növbəti uğursuzluq yönətim və baş məşqçi adına bağışlanmayacaq.

Odu ki, əldəki pulu yalnız əsas komandanın nəticə qazanması yolunda xərcləyilər. Əvəzedici heyət isə tamamilə yaddan çıxıb.

I Divzionda keçən sezonu 14-cü - turnir cədvəlinin sonuncu pilləsində bitirən «Zirə»lilər «dubl»un maliyyəsini kəsib.

Bir neçə futbolçusunu «kiçik qardaş»ı «Şüvəlan»a hədiyyə edən «qartallar» indi 16-17 yaşlı uşaqların ümidinə qalıb.

Əvəzedicilərə maaş ödənilməsi dayandırılıb, təlim-məşq toplanışları ləğv olunub.

SPORTİNFO.AZ

Xəbər Lenti