"Qəbələ" bu çempionatda çıxış etmək istəmir

15 İyul 2019 11:48 Əvəzedicilər 1 216
"Qəbələ" bu çempionatda çıxış etmək istəmir

«Qəbələ» ötən mövsüm olduğu kimi, yeni «futbol ili»ndə də I Divizionda çıxış etməyə bilər.

Büdcəsi azalan əyalət klubu bununla bağlı artıq AFFA-ya xəbərdarlıq edib.

Düzdü, bu, hələlik şifahi formadadı, ancaq hadisələrin gedişindən tutmaq olar ki, «qırmızı-qaralar» 1illik fasilədən sonra əvəzedici heyətini formalaşdırmağa hazırlaşmır.

Belə olmasaydı, «Qəbələ» əsas komandaya düşməyən gəncləri bir ucdan başqa klublara icarəyə verməzdi.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqa təmsilçilərinin yeni sezodan etibarən I Divizionda iştirakı məcburi xarakter daşıyır.

İmtina edəni 100 min manat cərimə gözləyir. Federasiya əvəzedici heyətlərini aşağı dəstəyə buraxan klubların hər birinə 50 min manat vəsait ayırmağı da üzərinə götürüb.

SPORTİNFO.AZ

Xəbər Lenti