“Qaradağ Lökbatan”la yoxlama matçında qələbə

14 İyul 2019 11:24 Əvəzedicilər 693
“Qaradağ Lökbatan”la yoxlama matçında qələbə

“Keşlə”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, sözügedən kollektiv 1-ci divizionun digər təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib.

“ASK Arena”da baş tutan qarşılaşmada baş məşqçi Rüstəm Əliyevin yetirmələri qonaq komanda üzərində 4:1 hesabı ilə qələbə qazanıblar.

“Keşlə”nin heyətində Samir Abdullayev, Elmir Rəhimzadə (2) və Tunar Mütəllmov fərqləniblər.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı