"Sabah"ın əvəzedici komandasına yeni məşqçilər təyin edilib.
Sportinfo.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son mövsümdə əsas komandasında çıxış etmiş Bəxtiyar Soltanov bundan sonra “Sabah-2”-də köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
29 yaşlı sabiq yarımmüdafiəçi 2018/19 mövsümündə (Premyer Liqa və ölkə kubokunda) 15 oyun keçirib, 2 qol vurub.
“Sabah-2”-də qapıçı məşqçisi vəzifəsi isə Rauf Mehdiyevə həvalə olunub. Mehdiyev daha öncə "Simurq" FK-da, həmçinin əsas, U-19 və U-17 millilərimizdə çalışıb.
Əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevdi.