"Sabah"dan yeni baş məşqçi ilə milli üzərində qələbə

19 May 2019 08:48 Əvəzedicilər 787
"Sabah"dan yeni baş məşqçi ilə milli üzərində qələbə

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzedicilərdən ibarət komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, komanda Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

Rövşən Babayevin başçılığı altında ilk oyununu keçirən “Sabah-2”, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Qollara Ayxan Quluzadə, Fərid Cəfərli və Kənan Həsənov imza atıblar.

Xəbər Lenti