Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 23-cü tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Neftçi” öz meydanında “İnter”ə minimal hesabla uduzub. Keçmiş futbolçusu Slavik Alxasovun 33-cü dəqiqədə vurduğu yeganə qolla.

