Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 22-ci turuna yekun vurulub. Sportinfo.az xəbər verir ki, çempionatın lideri “Qəbələ” Bakı səfərində “Neftçi” ilə qarşılaşıb. Mükafatlar uğrunda mübarizə aparan rəqiblərin görüşü qarşılıqlı hücumlar şəraitində keçib. Liderə çatmaq üçün qalib gəlmək iddiasında olan meydan sahibləri hesabı 30-cu dəqiqədə açıb.
Bakılıların heyətində Uqo Barqas fərqlənib. Hüseynqulu Quliyevin yetirmələri 10 dəqiqə sonra hesabda tarazlıq yaradıb. “Qırmızı-qaralar”ın bərabərlik qoluna Murad Musayev imza atıb – 1:1. Bu, matçda vurulan son qol olub. Komandaların ikinci yarıdakı səylərinə baxmayaraq, hesab dəyişməz qalıb. Beləliklə, paytaxt səfərindən 1 xalla dönən “Qəbələ” xal hesabını 45-ə çatdırıb və liderliyini qoruyub.
“Neftçi” - “Qəbələ” 1:1
Uqo Barqas, 30 - Murad Musayev, 40.
“Qarabağ” - AZAL 1:1
Kamran Nəsirov, 88 - Eltun Hüseynov, 2
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qəbələ | 22 | 14 | 3 | 5 | 46-24 | 45 |
| 2 | Qarabağ | 22 | 12 | 6 | 4 | 42-24 | 42 |
| 3 | Neftçi | 22 | 13 | 3 | 6 | 43-23 | 42 |
| 4 | İnter | 22 | 9 | 6 | 7 | 19-17 | 33 |
| 5 | Kəpəz | 22 | 7 | 6 | 9 | 25-33 | 27 |
| 6 | Zirə | 22 | 7 | 6 | 9 | 28-29 | 27 |
| 7 | Sumqayıt | 22 | 6 | 1 | 15 | 31-55 | 19 |
| 8 | AZAL | 22 | 3 | 3 | 16 | 26-55 | 12 |
|
Ramil Hasanov ("Qəbələ") - 11 qol |
|||||||

