"Hesablamalıyıq, çünki biz komandaya az pul xərcləmirik"

5 Mart 2019 20:24 Əvəzedicilər 995
"Hesablamalıyıq, çünki biz komandaya az pul xərcləmirik"

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsümdə Premyer Liqa klublarının əvəzedici heyətinin I divizionda iştirakı məcburi olacaq.

bu yarışa qatılmayanlar 100 min manat cərimə ödəyəcək, iştirakçılar isə hərəsi 50 min manat yardım alacaq.

Sportinfo.az xəbər verir ki, bu qərarın verilməsinin birbaşa səbəbkarı “Qəbələ”di.

“Qırmızı-qaralar” hazırda davam edən yarışa əvəzedicilərini buraxmamaqla iradəsini göstərdi, indi AFFA cavab tədbiri görür.

Əsasnamədə belə cərimə halı nəzərdə tutulsaydı, bəlkə də “Qəbələ” cari mövsümdə də yarışda olardı.

İstənilən halda, ortaya fərq qoyan “Qəbələ” ən azı AFFA-nı xərcə salmağa, iştirakçılara müəyyən vəsait ayırtdırmağa nail oldu.

Ötən yay “Zirə” də eyni fikrə düşmüşdü, bu yarışa xərclənən pulun havaya sovrulduğunu hesab edirdi.

Lakin son anda “qartallar” fikrini dəyişdi və “Qəbələ”ylə həmfikir olmağı bacarmadı. İndi isə təklənən “qırmızı-qaralar” bu yolla ram edilir.

Bəs, “Qəbələ” yeni mövsümdə də tutduğu yolu davam etdirəcək, yoxsa diviziona komanda buraxacaq – bu suala klubun baş meneceri Zaur Əzizov cavab verdi (futbolinfo):

“Hələlik bu məsələni klubda müzakirə etməmişik. Vaxt var və hər şeyi planlaşdırıb qərar verəcəyik.

Söhbət 100 min manat cərimədən və 50 min manat yardımdan gedir. 150 min manat ciddi rəqəmdi.

Amma bizim üçün bundan önəmlisi öz vəziyyətimizdi. Xərcləri hesablamalıyıq. Çünki biz əvəzedici komandaya az pul xərcləmirik.

Paytaxt komandası deyilik, onların saxlanılması, qidalanması və s. xərcləri var. Ən əsası, bizim üçün işin idman tərəfi önəmlidi.

Ehtiyat qüvvəmizə də baxmalıyıq, akademiyamızın yetirmələri hazırda əsas komandada müntəzəm oynayır.

Bu məqamları nəzərə alaraq klub daxilində müzakirə edib, qərar verəcəyik. Hələ vaxta var”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı