PFL "Qarabağ"ın "Sumqayıt"la oyununu canlı yayımlayacaq

27 Fevral 2019 13:36 Əvəzedicilər 875
PFL "Qarabağ"ın "Sumqayıt"la oyununu canlı yayımlayacaq

I Divizionda 17-ci turun görüşləri fevralın 2i-i və martın 1-i keçiriləcək.

Sportinfo.az xəbər verir ki, turun iki oyunu canlı yayımlanacaq.

Peşəkar Futbol Liqası bu turda da iki qarşılaşmanı canlı yayımlayacaq.

Belə ki, "Qarabağ-2" - "Sumqayıt-2" və "Zaqatala" - "Turan Tovuz" görüşlərinin yayımı qurumun rəsmi "YouTube" kanalında təşkil ediləcək.

"Qarabağ-2" - "Sumqayıt" görüşü fevralın 2-i, saat 15:00-da "AZAL Arena"da baş tutacaq.

Zaqatala şəhər stadionunda keçiriləcək "Zaqatala" - "Turan Tovuz" oyunu isə martın 1-i, saat 15:00-da reallaşacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda