"Zaqatala" medallar uğrunda mübarizəsini İmişlidə davam etdirdi. I Divizionun 19-cu turunda "Mil-Muğan"ın qonağı olan şimal təmsilçisi Aran səfərindən 3 xalla döndü. Gərgin keçən qarşılaşmadan qələbəylə ayrılan qonaqlar paltardəyişmə otağında əsl bayram ab-havası yaratdı. Stadion əməkdaşlarının Sportinfo.az-a verdiyi məlumata görə, "Zaqatala"nın futbolçuları isti su kranını qırıb və buxardan içəridə göz-gözü görmür.

