"Neftçi” mərhum prezidentin oğlu ilə… VİDEO+FOTOLAR

8 Fevral 2019 12:24 Əvəzedicilər 1 076
"Neftçi” mərhum prezidentin oğlu ilə… VİDEO+FOTOLAR

"Neftçi-2” I Divizionda ikinci dövrəyə qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, bakılılar 14-cü turda "Sabah-2”ni 1:0 hesabı ilə məğlub edib.

Binə qəsəbə stadionunda baş tutan görüşdə qələbə qolunu 90+3-cü dəqiqədə Elnur Süleymanov vurub.

Mahmud Qurbanovun komandasına 3 xal qazandıran futbolçunun «Şəmkir»in mərhum prezidenti Şahbaz Süleymanovun nəvəsi olmasını qeyd edək.

Bu qələbədən sonra xallarının sayını 26-ya çatdıran "Neftçi-2” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

“Sabah-2” – “Neftçi-2” 0:1
Qol:
Elnur Süleymanov, 90+3.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!