"Sumqayıt" da "Qarabağ"ın futbolçusunu icarəyə götürdü

6 Fevral 2019 08:36 Əvəzedicilər 891
"Sumqayıt" da "Qarabağ"ın futbolçusunu icarəyə götürdü

2018/2019 mövsümünün ilk yarısını 1-ci divizionda 30 xalla lider kimi tamamlayan "Sumqayıt"ın əvəzediciləri hazırlıqlarını başa vurmaq üzrədi.

Sportinfo.az xəbər verir ki, təxminən 2 aylıq fasilədən sonra "gənclik şəhəri" təmsilçisi təlim-məşq toplanışını yekunlaşdıraraq fevralın 7-də 3-cü dövrənin ilk oyununa çıxacaq.

"Kapital Bank Arena"nın köməkçi meydançasında "Keşlə ilə mövsümün ikinci yarısına start verəcək "Sumqayıt-2"nin baş məşqçisi Elbrus Məmmədov klubun saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirməklə yanaşı komandanın əsas hədəfini də açıqlayıb:

"Sumqayıt-2"nin təlim-məşq toplanışı ötən həftə başa çatdı. Normal hazırlıq keçdiyimizi düşünürəm. Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirdik. “Şahdağ”, “Qarabağ-2”, “Uğur” və "Səbail-2" ilə oyunlarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atdıq. Kollektivimizi çempionata 70-80 faiz hazır saya bilərik. Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Cüzi çatışmazlıqlar var, onları da yoluna qoyub ikinci dövrəyə inamla start verəcəyimizə inanıram".

Elbrus Məmmədov komandaya cəlb olunmuş yeni futbolçularla yanaşı, kollektivdən ayrılan oyunçuların kimliyinə də aydınlıq gətirib:

"Ricat və Qara Qarayev qardaşları, İbrahim Əliyev komandamıza yeni qoşulan futbolçulardı.

Qeyd edim ki, İbrahim “Qarabağ”dan icarə əsasında komandamızda çıxış edəcək.

Bundan başqa, akademiyamızın yetirməsi olan Əli Kərimov hərbi xidmətini başa vuraraq yenidən düşərgəmizə qayıdıb.

Qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yarımmüdafiəçimiz Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır".

"Sumqayıt-2" "Keşlə-2" oyunu fevralın 7-də saat 15:00-da "Kapital Bank Arena"nın köməkçi meydançasında üz-üzə gələcək.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!