Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI tura start verilib. Sportinfo.az-ın məlumatına görə, III dövrənin son turu iki qarşılaşma ilə başlayıb. Çempionatın lideri “Qəbələ” Bakıda “İnter”in qonağı olub. Meydan sahibləri bu matçda 1:0 hesablı qələbə qazanıb. Liderin izləyicisi “Qarabağ” isə 3 xala sevinib. Ağdamlılar Sumqayıtda eyniadlı komandadan güclü olub - 2:0.

