Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XX tura start verilib. Sportinfo.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub. AZAL-la “Neftçi”nin oyununda komandalar hərəyə 1 qol vurub. Autsayderlə matçdakı 1 xal “Neftçi”ni 2-ci pilləyə daşıyıb. “Zirə” isə “Sumqayıt”ı böyükhesabla məğlub edib – 3:0.
AZAL - “Neftçi” 1:1
Elçin İsmayılov, 7 - Kənan Mirzəliyev, 38
“Zirə” - “Sumqayıt” 3:0
İlkin Muradov, 21; Yamin Ağakərimzadə, 38; Muxtar Əliyev, 86

