"Qəbələ"nin vitse-prezidenti: "Heç kimə lazım olmayanlar bizim nəymizə lazımdı?"

10 Avqust 2018 11:00 Əvəzedicilər 1 419
"Qəbələ"nin vitse-prezidenti: "Heç kimə lazım olmayanlar bizim nəymizə lazımdı?"

"Qəbələ"nin əvəzedici komandasının birinci divizionda iştirak etməkdən imtina etməsi gündəmi artıq zəbt eləyib.

Sportinfo.az xəbər verir ki, ATV.az bu məsələyə aydınlıq gətirmək üçün klubun vitse-prezidenti Fariz Nəcəfovla əlaqə saxladı.

Hər zaman mətbuata açıq olan Fariz müəllim ənənəsinə sadiq qalarq sərt və konktet danışdı: "Bildiyiniz kimi, "Qəbələ" Akademiyası daim fəaliyyətdədi və bizim klub öz yetirmələrini hər zaman diqqət mərkəzində saxlayır.

Ordan çıxan bir çox gənc futbolçular digər klublarda "arenda"dadı, bir qismi U-17 və U-19 yığmalarının əsas heyyətinin üzvüdü. Lakin futbolçu 20-21 yaşına çatıbsa və nə öz komandamızda, nə də digər klubda əsas heyətə düşə bilmirsə, qeyd etdiyim yığmalara cəlb edilməyibsə, biz onu niyə görə saxlayıb, onu maaşla təmin etməliyik?

Heç kimə lazım olmayan, perespektivsiz futbolçular bizim nəymizə lazımdır? Ona görə də əvəzedici komandadan imtina etmək qərarına gəldik və mən burda heç bir ajiotaja səbəb olan bir xəbər görmürəm"

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"