"Komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik"

4 Avqust 2018 16:24 Əvəzedicilər 909
"Komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik"

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası I Divizionda iştirakdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

Onun sözlərinə görə, imtina qərarı bir neçə səbəblə əlaqədardır: "İlk növbədə, əvəzedici komandamızın divizionda iştirakı lüzumsuzdu.

Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq.

Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının Divizionla birləşdirilməsinə qərar verdi. Bizim vəziyyətimizdə 2-3 dəfə çox. Çünki "Qəbələ"də əvəzedici heyət - U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdi.

Amma indiki vəziyyətdə məcburuq ki, 22 - 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdır. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdır. Amma Divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil".

AFFA və PFL-ə də bu barədə məlumat verdiklərini deyən klub rəsmisi bildirib ki, burda qeyri-adi bir şey yoxdu:

"I Divizion ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdir və bunun üçün ayrı komanda lazımdır.

Bu səbəbdən, 2018-2019 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik".

2018-2019 mövsümündə Azərbaycan I Divizionunda Premyer Liqa klubları da iştirak edəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olunub.

Xəbər Lenti