“Qarabağ” səfərdə “Qəbələ”yə qalib gəldi, Vüqar Nadirov yenə...

18 Fevral 2017 17:40 Əvəzedicilər 720
“Qarabağ” səfərdə “Qəbələ”yə qalib gəldi, Vüqar Nadirov yenə...

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIX tura start verilib. Sportinfo.az-ın məlumatına görə, ilk gündə turnir cədvəlinin liderləri “Qarabağ”la “Qəbələ” üz-üzə gəliblər. Qəbələdə baş tutan görüşdə “Qarabağ” böyükhesablı qələbəyə sevinib. Bununla Ağdam təmsilçisi liderlə aradakı xal fərqini 4-ə endirdib. "Qarabağ"ın futbolçusu Vüqar Nadirov isə əvəzedicilərin yarışında növbəti qolunu vurub. Turun digər görüşündə isə “Sumqayıt” AZAL-a qalib gəlib.

“Sumqayıt” – AZAL - 3:1
Süleyman Əhmədov, 35, 43, 55 - Renat Aşurov, 18 (pen.)

“Qəbələ” - “Qarabağ” - 1:4
Ramil Hasanov, 7 - Nicat Abbasov, 36; İlyas Səfərzadə, 54; Vüqar Nadirov, 57; Elgün Nəbiyev, 68

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti