"Sumqayıt" “Qarabağ”ı məğlub etdi - Yoxlama oyununda

1 Avqust 2018 09:00 Əvəzedicilər 809
"Sumqayıt" “Qarabağ”ı məğlub etdi - Yoxlama oyununda

2018/2019 mövsümünə hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada ev sahibləri 3:1 hesablı qələbə qazanıb.

“Sumqayıt”ın qollarını Elvin Nəsibov, Elvin Dəmirov və Famin Əliyev rəqib qapısından keçiriblər.

Xəbər Lenti