AFFA 2 çempionatı birləşdirdi, limiti dəyişdi, 1 legionerə icazə verdi

23 İyul 2018 14:00 Əvəzedicilər 1 318
AFFA 2 çempionatı birləşdirdi, limiti dəyişdi, 1 legionerə icazə verdi

Bu gün AFFA-nın mənzil-qərargahında toplantı keçirilib.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin baş məşqçiləri bir araya gəlib.

Görüşdə məqsəd yeni mövsümlə bağlı müzakirə aparmaqdı. Tətbiq olunacaq limitlə bağlı məlumat verilib və klublara heyəti buna uyğun qurmaq tapşırılıb.

AFFA I divizionla bağlı yeni konsepsiya hazırlayıb. İcraiyyə Komitəsinin müzakirəsinə veriləcək sənəddə əvəzedicilərin yarışının ləğvi nəzərdə tutulub.

Həmin komandalar elita klublarının ikinci heyəti kimi divizionda mübarizə aparmalıdı. Məsələ ondan ibarətdi ki, gələn mövsümidən əvəzedicilərin ayrıca çempionatı keçirilməyəcək.

«Dubllar» I Divizionda mübarizə aparacaq. Limit isə 7+4-dü. Belə ki, təvəllüdü 1997-ci ilədək olan 4 futbolçu əsas heyətdə yer ala bilər. Onlardan yalnız 1-nin legioner olmasına icazə verilir.

Bu da klubların özündən asılıdı. İstəyən gətirər, istəməyən gətirməz. İlk «11-lik»də meydana çıxacaq digər 7 nəfərin 1997-ci ildən sonra doğulanlar olması şərtdi. AFFA tələb edib ki, həmin gənclərdən biri mütləq 2001-ci il olmalıdı.

SPORTİNFO.AZ

Xəbər Lenti