“Neftçi”nin əvəzediciləri “Səbail”ə böyük hesabla qalib gəldi

23 İyul 2018 08:12 Əvəzedicilər 612
“Neftçi”nin əvəzediciləri “Səbail”ə böyük hesabla qalib gəldi

“Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, gündə bir dəfə klubun təlim-məşq bazasında məşq edən komanda yoxlama oyunu keçirib.

"Səbail”in U-19 komandası ilə görüş “ağ-qaralar”ın 4:1 hesablı qələbəsi ilə nəticələnib. "Neftçi”nin qollarından ikisini Mirkamil Əliyev vurub. Azər İsmayılov və Elgün Orucov isə hərəyə bir dəfə fərqləniblər.

Hazırlığa sabah bir məşqlə davam edəcək “Neftçi” növbəti yoxlama oyununu iyulun 26-da keçirəcək. "Səbail”in əvəzediciləri ilə görüş saat 18:00-da start götürəcək.

Xəbər Lenti