Ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətinin “İnter” - “Zirə” görüşünün vaxtı dəyişdirilib. Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, oyun bu gün deyil, 19 fevral tarixində reallaşacaq. Qarşılaşma 19 fevral saat 14:00-da “İnter Arena”da başlayacaq.

