"Sumqayıt"lı əvəzedicilər ilk yoxlama görüşündə “Tufan”ı uddu

19 İyul 2018 16:00 Əvəzedicilər 721
"Sumqayıt"lı əvəzedicilər ilk yoxlama görüşündə “Tufan”ı uddu

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” ın əvəzedici heyəti ilk yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Region Liqası təmsilçisi “Tufan”ı qəbul edən Elbrus Məmmədovun yetirmələri rəqibini 5 cavabsız qolla məğlub edib.

Komanda növbəti yoxlama oyununu 21 iyul tarixində “Səbail”ə qarşı keçirəcək.

“Sumqayıt” – “Tufan” 5:0
Qollar:
Nazim Bağırov (2), Ruslan Süleymanov, Kənan Allahverdiyev, İbrahim Novruzov.

Digər Xəbərlər
Xəbər Lenti