“Neftçi”nin əvəzedici “Keşlə”yə məğlub oldu

19 İyul 2018 00:00 Əvəzedicilər 780
“Neftçi”nin əvəzedici “Keşlə”yə məğlub oldu

“Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, gündə bir dəfə klubun təlim-məşq bazasında məşq edən komanda yoxlama oyunu keçirib.

"Keşlə”nin əvəzediciləri ilə görüş 1:2 hesablı məğlubiyyətlə nəticələnib. “İnter Arena”da baş tutan oyunda "Neftçi”nin qolunu Elvin İmanlı vurub.

Hazırlığa sabah bir məşqlə davam edəcək komanda növbəti yoxlama oyununu iyulun 22-də keçirəcək. "Tufan” klubu ilə “Neftçi”nin bazasında baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti