"Sumqayıt" "Tufan"a dözəcək?

17 İyul 2018 09:36 Əvəzedicilər 633
"Sumqayıt" "Tufan"a dözəcək?

2018/19 mövsümünə hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib.

Sportinfo.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda çalışmalarını davam etdirir.

2-ci mərhələdə komanda 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Bütün qarşılaşmalar saat 18:00-da start götürəcək.

"Sumqayıt"ın əvəzediciləri 18, 21, 25 iyul və 1 avqust tarixlərində müvafiq olaraq Region Liqası təmsilçisi “Tufan” ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, “Səbail” ilə “Bayıl Arena”da, “Keşlə” ilə “İnter Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq.

Xəbər Lenti