"Ötən mövsümdəki heyətdən 15-ə yaxın futbolçu qalacaq"

13 İyul 2018 08:36 Əvəzedicilər 629
"Ötən mövsümdəki heyətdən 15-ə yaxın futbolçu qalacaq"

“Sumqayıt”ın əvəzedici heyəti növbəti mövsüm üçün hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gündə 2 dəfə olmaqla məşq edir.

Baş məşqçi Elbrus Məmmədov əvəzedicilərin hazırlıq planı ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib:

“2 günlük fiziki hazırlıq çalışmalarının ardından məşqlərə start verdik. Hazırlıq prosesimiz plan üzrə davam edir. Heyətimizdə yeni mövsüm üçün bəzi dəyişikliklər olacaq.

Belə ki, ötən mövsümdəki heyətdən təxminən 15-ə yaxın futbolçu qalacaq. Məşqlərimizlə yanaşı seleksiya işləri də davam edir, heyətə yeni futbolçular cəlb olunacaq. Hazırlıq prosesi müddətində 5 yoxlama görüşü keçirəcəyik.

İyulun 18-də Region Liqası təmsilçisi “Tufan”, 21-də “Səbail”, iyulun 25-də və avqustun 1-də isə “Keşlə”nin əvəzedici komandaları ilə qarşılaşacağıq.

Sonuncu yoxlama görüşü üçün axtarışlarımız davam edir. Əlimizdən gələni etməyə çalışacağıq ki, mövsümün startına komandanı tam hazır vəziyyətə gətirək".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı