Ondan da 150 manat, bundan da 150 manat

31 May 2024 03:50 Əvəzedicilər 1 279
Ondan da 150 manat, bundan da 150  manat

AFFA İntizam Komitəsi iki komandanı azarkeşlərinin davranışına görə cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Əvəzedicilər Liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 150 manat cərimə olunub.

II Liqada pley-off mərhələsinin “Şəfa” – “Hypers” matçında da meydan sahiblərinin fanatları eyni davranışla yadda qalıblar. İntizam Komitəsi buna görə “Şəfa”nı 150 manat cərimələyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 23:00 Bu oyunla çətin...