“Neftçi” “Səbail”lə bacarmadı

6 İyul 2018 10:24 Əvəzedicilər 562
“Neftçi” “Səbail”lə bacarmadı

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi”nin əvəzedici komandası yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Mahmud Qurbanovun yetirmələri "Səbail”in əvəzediciləri ilə qarşılaşıblar.

"Bayıl Arena”da baş tutmuş görüşdə “ağ-qaralar” 2:3 hesabı ilə məğlub olub. "Neftçi”nin qollarını Kənan Qasımov və Azər İsmayılov vurub.

Oyundan sonra 5 günlük istirahətə buraxılan “Neftçi”nin əvəzediciləri iyulun 11-də İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxacaqlar.

Xəbər Lenti